“Əbdürrəhim bəy Haqverdiyev və teatr”

IMG-20210114-WA0101

14.02.2020-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseyin şagirdləri ilə Azərbaycan ədəbiyyatının korifey sənətkarlarından olan Ə.Haqverdiyevin 150 illiyinə həsr olunmuş “Əbdürrəhim bəy Haqverdiyev və teatr” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə iştirak edən şagirdlər ədibin həyat və fəaliyyəti haqqında məruzə etdilər, əsərlərindən kiçik monoloq-səhnəciklər təqdim etdilər. Şagirdlərdən Nəbiyeva Emiliya, Əliyeva Nərmin, Hacıyev Vüsal və Acalov Ayxan ədibin “Bomba”, “Diş ağrısı”, “Mirzə Səfər” hekayələrindən bədii qiraət parçaları ifa etdilər. Səhnələşdirilmiş əsərlərindən parçalara baxış keçirildi. “Xortdanın cəhənnəm məktubları”, “Mirzə Səfər”, “Bomba” hekayələri əsasında ssenariləşdirilmiş “Papaq” filmindən fraqmentlərə baxıldı.

XI sinif şagirdlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Pəri Cadu” və “Xortdanın cəhənnəm məktubları” tamaşalarına baxış xatırlandı. Şagirdlər tamaşalar, tamaşalardakı aktyor oyunları haqqında öz təəssüratlarını bölüşdülər. Tamaşalar zamanı çəkilən fotoşəkilləri paylaşdılar.

Blog Attachment