Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılov

images-3

11. 02.2021 – ci il tarixində Ankara məktəbi – məktəb liseyin 9 ç sinif şagirdlərinin iştirakı ilə II Dünya müharibəsində Fransanın müqavimət hərəkatında iştirak etmiş Armed Mişel , Xarqo adları ilə bütün dünyaya səs salan Azərbaycanın qəhrəman oğlu Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu ilə bağlı təqdimat keçirildi. Şagirdlər xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycan hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri barəsində təqdimatlarla çıxış etdilər. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolu torpaqlarımızın erməni faşistlərindən azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində iştirak edən ordumuzun əsgər və zabitlərinə ən qiymətli bir örnək olmuşdur. Təqdimatın sonunda şagirdlər Əhmədiyyə Cəbrayılovun Şəkidəki ev muzeyi ilə virtual olaraq tanış oldular.

Blog Attachment