Əlifba 1b

13 may 2014-cü il tarixində 1b sinifində tədbir keçirilmişdir. Bu tədbir şagirdlərin əlifbanı başa çatdırmaqları münasibəti ilə təşkil olunmuşdur. Tədbiri sinif rəhbəri Hüseynova Gülşən 1b sinif şagirdləri ilə birlikdə hazırlanmışdır.Tədbirin maraqlı və şən keçməsi üçün ingilis və musiqi müəllimləri də köməklik göstərmişlər.
Tədbirdə şagirdlər öz doğma dilində vətənə,anaya,məktəbə,elmə aid gözəl şeirlər söyləmiş ibrətamiz səhnəciklərlə çıxış etmişlər. Həmçinin gözəl mahnı,milli rəqslər,xalq mahnısından istifadə edərək tədbiri rəngarəng etmişlər.