Əlifba 1c

14 may 2014-cü ildə “Ankara məktəbi məktəb-liseydə” Ic sinifinin əlifba bayramı keçirildi.Bayramı keçirilməsində əsas məqsəd şagirdlərə ana,vətən,torpaq məhəbbətini aşlamaq, onların qazandıqları bilik və bacarıqlara qiymət verməkdir.Keçirilən tədbirdə şagirdlər həm istedadlarını, həm də bir ildə qazandıqları bacarıqlarını nümayiş etdirdilər. Rəqslər,mahnı və şeirlər,rəngarəng səhnəciklər bir-birini əvəz edirdi.Birincilərin bu tədbirə böyük səylə və həvəslə hazırlaşdıqları onların üzündəki fərəhdən hiss olunurdu.
Sadıqova Südabə