12 Noyabr Konstitusiya günüdür

0C555834-9542-4A17-88F4-AA39732FCA32

“Ankara məktəbi”məktəb-liseyin 8e sinfində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Quluzadə Sübhan Müslüm Maqomayevin “Azərbaycan”mahnısını ifa etdi. Tağıyeva Aysu pianoda “Sarı gəlin” musiqisini ifa etdi.Tədbirdə Əliyeva Aysel Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın yaranma tarixindən söhbət açdı. Rüstəmzadə Davud yeni Konstitusiya layihəsi haqqında məlumat verdi.Babayeva Şəms 12 Noyabr -Konstitusiya Günü elan edilməsindən danışdı.Məmmədli Emil, Rüstəmzadə Banu, Heydərov Əli Konstitusiyanın maddələri haqqında məlumat verdi.Tədbirdə şagirdlərdən Romanenko Nikita, Musayeva Gülnisə,Osmanov Abdulmalik,Məmmədzadə Ömər azərbaycan,rus və ingilis dilində şeirlər dedi.Tədbiri Rəhimov Rinat Konstitusiyanın gənclər qarşısında qoyduğu öhdəliklərin əhəmiyyəti haqqındaki çıxış ilə bitirdi.

Blog Attachment