18 oktyabr – Dövlət Müstəqilliyi günü

18 oktyabr 2016-cı il tarixində “Ankara məktəbi” məktəb-liseydə Dövlət Müstəqilliyi günü mövzusunda tədbir keçirildi. Tədbir 8Ç sinif şagirdləri və sinif rəhbəri Hacıyeva Şəhla tərəfindən hazırlanmışdır. Tədbiri keçirtməkdə məqsədimiz müstəqilliyin əldə olunması,onun bizə verdiyi dəyərləri şagirdlərə aşılamaq , qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində şagirdlərin də rolunu müəyyən etmək olmuşdur . Bu məqsədə çatmaq üçün şagirdlər müstəqilliyə , Vətənə aid çoxlu şeirlər , musiqi nömrələri hazırlamışdılar.