18 oktyabr – Milli Müstəqillik Günü

aq

Müstəqillik günü – Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il müstəqillik günü 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yaradıldı.

18 oktyabr 2019 – cu il tarixdə “Ankara məktəbi” məktəb – liseydə “18 oktyabr – Milli Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirildi.

Blog Attachment