“20 Yanvar faciəsinin 28-ci ildönümü”

19.01.2018-ci ildə “Ankara məktəbi” məktəb-liseydə 1990-cı il 20 Yanvar hadisələrinin 28-ci ildönümü münasibəti ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə 20 Yanvar, Azərbaycanın ərazi bütövlüyü, azadlığı, müstəqilliyi uğrunda canından, qanından keçmiş şəhidlərin ruhu yad edildi. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasının bizim hər birimizin vətəndaş borcu olduğu fikri səsləndirildi.

Azərbaycanın dövlətçiliyinin qorunmasında xalqımızın Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ətrafında birləşdiyi və onun siyasətinin dəstəkləndiyi vurğulandı.

Blog Attachment