«Cəfər Cabbarlı qələminin işığında»

  • Post author:
  • Post category:Xəbərlər

10.04.2019-cu il tarixdə «Ankara məktəbi» məktəb-liseydə böyük mütəfəkkir, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş «Cəfər Cabbarlı qələminin işığında» adlı ədəbi-bədii gecə keçirildi. Gecədə VIII, IX, X və XI sinif şagirdləri iştirak etdilər. Şagirdlər Cəfər Cabbarlı yaradıcılığına dair şeirlər səsləndirdi. » Sevil» , «Od gəlini» pyeslərindən bir parça nümayiş etdilər, çoxsahəli Cabbarlı yaradıcılığı haqqında məlumatlar verdilər. Gecənin sonunda «C.Cabbarlı sağ qalsa idi,repressiya qurbanı olardımı? mövzusunda debat keçirildi.