Heydər Əliyev və Azərbaycan Tarixi

  • Post author:
  • Post category:Xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətində 06.05.2019-cu il tarixdə «Heydər Əliyev və Azərbaycan Tarixi» mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda «Ankara məktəbi» məktəb-liseyin X sinif şagirdi Abdulsübhan Nəcəfli «İlham Əliyev və onun xarici siyasəti» mövzusunda çıxış etdi. Orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib, müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq günümüzün ən vacib şərtlərindəndir.