«Don Kixot» tamaşasına şagirdlərin baxışı

  • Post author:
  • Post category:Xəbərlər

Təlim prosesinə şagirdlərin marağının artırılması üçün müxtəlif məktəbdənkənar fəaliyyət layihələrinin icrasının təşkil olunması məqsədilə 21.102019 — cu il tarixdə «Ankara məktəbi» məktəb — liseyin şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında nümayiş etdirilən «Don Kixot» tamaşasına baxmışlar. Məşhur ispan yazıçısı Migel de Servantesin dünyaşöhrətli bu əsəri şagirdlərin sevə — sevə mütaliə etdikləri bir sənət incisidir. Rejissor Bəhram Osmanovun quruluşunda səhnələşdirilmiş tamaşa şagirdlərin çox xoşuna gəlmişdir. Təlim və təhsil prosesində şagirdlərin estetik zövqünü formalaşdırmaq üçün teatr tamaşalarının böyük əhəmiyyəti var.