Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158(164) maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009 -cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.
12 noyabr 2019 — cu il tarixdə «Ankara məktəbi» məktəb-liseydə Azərbaycan Respublikasının Konstitusiya günü qeyd edildi. Tədbirdə şagirdlər konstitusiyaya dair şeir, rəqs, mahnı ifa etdilər.