Gənc həndbolçular

  • Post author:
  • Post category:Xəbərlər

29.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Gənclər İdman Nazirliyi tərəfindən təşkil olunan Nərimanov rayon məktəbləri arasında həndbol yarışında «Ankara məktəb» məktəb — liseyin komandası bütün rəqiblərinə qalib gələrək I yeri tutmuşdur. Məktəbimiz Respublika çempionatında iştirak hüququ qazanmışdır. Yanvar ayının 20-si baş tutacaq yarışmada komandamıza uğurlar arzulayırıq.