Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən

  • Post author:
  • Post category:Xəbərlər

17.01.2020-ci il tarixdə «Ankara məktəbi» məktəb-liseydə 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edildi. Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş Qanlı Yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulandı.