Şəhərin qış gecələri

  • Post author:
  • Post category:Xəbərlər

«20 Yanvar» faciəsinin 30-cu ildönümü münasibətilə «Ankara məktəbi» məktəb-liseydə silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlər siyahısında 18.01.2020-ci il tarixdə «Ankara məktəbi» məktəb-lisey şagirdlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Anarın «20 Yanvar» faciəsindən bəhs edən «Şəhərin qış gecələri» adlı tamaşasına baxışı oldu. Tamaşa-premyeranı seyr edən şagirdlər sonda Xalq yazıçısı Anarla, Xalq şairləri Ramin Rövşənlə, Nəriman Həsənzadə ilə, dünyaşöhrətli alim, akademik Rafiq Əliyevlə səmimi görüş keçirmiş, xatirə fotolar çəkdirmişlər.