Bu zəfərin mübarəkdir, ey Vətən!

  • Post author:
  • Post category:Xəbərlər

6 noyabr 2021-ci il tarixində “Ankara məktəbi” məktəb-liseyin 7b sinif şagirdləri və sinif rəhbəri Səadət Xələfovanın təşkilatçılığı ilə Şanlı Zəfərimizin il dönümünə həsr olunmuş onlayn tədbir keçirildi
Tədbirdə 7b sinif şagirdləri XXI əsrin ən real qələbəsi ilə nəticələnən Qarabağ savaşının uğurlarından, möhtəşəm zəfərdən böyük fəxarətlə söhbət açdılar Xalqımızın dəmir yumruq kimi ordumuz və prezidentimizin ətrafında birləşməsindən və bu haqq işi uğrunda mübarizənin qalibinə çevrilməsindən danışıldı Əks-hücum əməliyyatı ilə başlayan və” Dəmir yumruq” adlanan nəhayət 8 noyabrda tarixin qızıl səhifəsinə əbədi həkk olan bu Zəfər günü böyük sevgii ilə xatırlandı Həmçinin bu haqq işi uğrunda mübarizədə qardaş Türkiyə Cümhuriyyətinin əvəzsiz dəstəyindən ” Bir millət -iki dövlət “ şüarı ilə Zəfər paradında sevincimizə şərik olmalarından söhbət açıldı. Qələbə ruhlu nəğmələr, şeirlər ,maraqlı təqdimatlar və videoçarxlar tədbir boyu bir-birini əvəz etdi.
Tədbirin sonunda bu müqəddəs Zəfər bayramının sevincini xalqımıza yaşatdıqları üçün Azərbaycan Respublikasının Prezidentinə- Ali Baş Komandanımız İlham Əliyevə və qalib ordumuza minnətdarlıq ifadə olundu.Şəhidlərimizin keçdikləri şərəfli ömür yolu şagirdlərə örnək olaraq göstərildi.