İstedadlı şagirdləri istiqamətləndiririk.

  • Post author:
  • Post category:Xəbərlər

V Grant müsabiqəsinin qalib layihəsi » Microbit + Makecode +Arduino — Elektrik mühəndisliyi » uğurla davam edir. «Ankara məktəbi» məktəb liseyi mövcud vəziyyətlə bağlı bir müddətlik distant təhsilə  keçdiyindən, Teams platformasından online şəkildə aparılan dərslərdə məktəbin 5,6 və 7-ci siniflərində tədris alan şagirdləri arasında seçilən 100 nəfər müdavim «Microbit » və » Tinkercad » kodlaşdırma və 3D dizayn proqramında müxtəlif bacarıqlar öyrənir. Şagirdlərin «Zəfər günü » nə həsr olunmuş bir neçə layihəsini təqdim edirik. Xüsusilə, 6c  sinif  Hacızadə Niyazinin «Şuşada Xarıbülbül parkı» və 6q sinif şagirdi Qəhrəmanova Mədinənin «Xarıbülbül» işləri diqqəti cəlb edir.
Bir daha Azərbaycan xalqının «Zəfər günü»nü təbrik edir, bizə bu qələbəni bəxş edən Ali baş komandan İlham Əliyevə, Azərbaycanın rəşadətli ordusunatəşəkkü edir, şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə isə şəfa diləyirik.