Aşıq Ələsgərin 200 illik yubileyi

  • Post author:
  • Post category:Xəbərlər

10 noyabr  2021- ci il tarixində  “Ankara məktəbi” məktəb –liseyinin  9 c   sinif şagirdləri və  Azərbaycan dili-ədəbiyyat  müəllimi  Əzimova  Şəhlanın  təşkilatçılığı ilə Aşıq Ələsgərin  200 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirildi.

      Tədbiri giriş sözü  ilə  sinfin  dil-ədəbiyyat   müəllimi  Əzimova Şəhla açdı.  Şagirdlərin hazırladıqları təqdimatlar  nümayiş olundu. Tədbirdə  şagirdlər  ədibin  həyat və yaradıcılığı haqqında məlumatlar verdilər . Eyni zamanda  Aşıq Ələsgərin oğlu  Aşıq Talıbın   atası ilə bağlı xatirələri olan video da təqdim olundu.  Uşaqlar sənətkarın yaradıcılığına aid şeirləri saz musiqisinin müşayiəti ilə   ifa etdilər. 

    Təqdimatda  əslən Göyçəli olan  Aşıq Ələsgərinailəsinin 1905 –ci ildə ermənilər   tərəfindən yurd-yuvalarından  didərgin salınması,Kəlbəcərin  Yanşaq kəndində məskunlaşması da vurğulandı.

    Sonda qeyd olundu ki,   Aşıq Ələsgərin sənəti  dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.   

    Dədə Ələsgərin tükənməz xalq yaradıcılığı  çeşməsindən süzülüb gələn təkrarsız sənət nümunələri daim xalqımızın qəlbində yaşayacaq .