“Ankara məktəbi” məktəb-liseydə məntiq yarışı

  • Post author:
  • Post category:Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi münasibətilə ölkə üzrə tədbirlər planı hazırlanmışdır.Buna uyğun olaraq 6 dekabr 2021-ci ildə “Ankara məktəbi” məktəb-liseyin III sinifləri arasında məntiq yarışı keçirildi.Yarış Lütfizadə haqqında məlumatlarla başladı.Yarışma 6 mərhələdən ibarət idi.Hər mərhələdə müxtəlif adədi ardıcıllıqlar,şəkil matrisləri,məntiqi və düşündürücü məsələlər yerinə yetirən şagirdlər böyük ruh yüksəkliyi ilə yarışı başa vurdular.Sonda yarışın nəticələri və qalibləri münsiflər heyətini üzvləri tərəfindən müəyyən olundu.Yarışın qalibləri I yerə layiq görülən 3″Ç» sinfinin «Zəfər»komandası oldu. II yerə 3 «B» sinfinin «Qələbə», III yerə 3″A» sinfinin «Uğur» komandası sahibləndi. 3″Q» sinfinin «Cəsurlar» və 3 «C» sinfinin «Ulduz» komandaları isə ən yaxşı əməkdaşlıq edən komandaları kimi fərqləndilər.Məntiq yarışının sonunda şagirdlərə həvəsləndirici mükafatlar və sertifikatlar təqdim olundu.Yarış «Ankara mətəbi»məktəb-liseyin ibtidai sinif müəllimi Mürşüdova Hörmətin təşkilatçılığı ilə keçirilmişdir.