5 mart – Bədən Tərbiyəsi və İdman Günü 

  • Post author:
  • Post category:Xəbərlər

Nərimanov rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri mükafatlandırılıb
03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən “İdman həftəsi” çərçivəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qarşıdan gələn 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik etdi Sonda rayon orta ümumtəhsil «Ankara məktəbi» məktəb liseyin fiziki tərbiyə müəllimi Əsədov Namiq Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, gənclərdə idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 5 mart — Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fəxri fərmanlar ilə təltif olunmuşdur.