«5 mart — Bədən Tərbiyəsi və İdman Günü»  

  • Post author:
  • Post category:Xəbərlər

«5 mart — Bədən Tərbiyəsi və İdman Günü» ərəfəsində 3ç sinfində xususi bədən tərbiyəsi dərsi keçirildi.
Bununla əlaqədar «Ankara məkəbi» məktəb-liseydə bir sıra tədbir və dərslər keçirilir. Növbəti fiziki tərbiyə dərsi məktəbin 3″Ç» sinfində baş tutmuşdur.Dərsdə sinif rəhbəri Mürşüdova Hörmət bədən tərbiyəsinin,fiziki aktivliyin,idmanla məşğul olmağın insana,xüsusən kiçikyaşlı məktəblilərə faydasından danışaraq şagirdləri məlumatlandırdı.Daha sonra şagirdlər komandalara bölünərək sinifdaxili yarışda iştirak etdilər.
Cəldik və çeviklik tələb edən oyunlarda komandalar arasında sağlam rəqabət yaranmışdır.Bununla yanaşı dərsdə stolüstü oyunlar vasitəsi ilə zəka,diqqət və ağlın inkişafına təkan verən oyunlar da yer almışdır.
Müasir dövrün şagirdləri şahmat,dama kimi stolüstu oyunları elektron lövhənin imkanlarından istifadə edərək də oynadılar.
Dərsin sonunda müəllim qarşısına qoyduğu məqsədə çatdı.Nəticə şagirdlərdə dözümlülük,cəldlik,çeviklik,qələbə əzmi,mübariz olmaq kimi bacarıqlar aşılandı.