İdmancilarla görüş.

  • Post author:
  • Post category:Xəbərlər

Təhsil Nazirliyinin təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi,idman və bədən tərbiyəsinin inkişafının təmin edilməsi məqsədilə «5 mart Bədən tərbiyəsi və İdman Günü» layihəsi ərəfəsində Ankara məktəbi məktəb liseyinin məzunu olmuş Məmmədov Ziya ilə görüş keçirmişdir. Məmmədov Ziya Azərbaycanın gənclərdən ibarət milli yığma komandasının futbolçusu olmuş və hal hazırda Qəbələ futbol klubunun əsas hücumçusudur. Tədbir çərçivəsində Ziya məktəbin şagirdlərinin suallarına cavab verib və onları futbol oyunlarına dəvət etmişdir. Məktəbimiz fiziki tərbiyə müəllimi Şahin Abdullayev məktəb vaxtı Ziyanın Nərimanov rayonu və Bakı şəhəri üzrə 1 çi yerləri tutmağı barəsində məlumat verib. Sonda isə Ziya «Ankara məktəbi» məktəb-liseyinin rəhbərliyinə və müəllimlərə dəvət üçün təşəkkürünü bildirib.