Torpaq uğrunda ölən varsa Vətəndir!

  • Post author:
  • Post category:Xəbərlər

28.02.2022 -ci ildə məktəbimizdə «Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması» mövzusunda tədbir keçirildi.İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra torpqlarımız azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış üçün söz ehtiyatda olan bas-leytenant Mustafayev Elşən Dilavər oğluna verildi.Baş-leytenant Mustafatev «Vətən muharibəsi» baslanandan sonra 29.09.2020-ci ildə xidmətə çağırılıb «N»saylı hərbi hissədə tağım komandiri kimi döyüş yolu keçib.Cəbrayıl və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib.24.10.2020-ci ildə Füzuli rayonunda yaralanıb,Hərbi Hospitala təxliyyə olunub «Füzuli azad olunmasına»görə və Hərbi Xidmətdə fərqlənməsinə görə medalları ilə təltif olunub.
Əsgər-Şirinov Ruslan İnqilab oğlu «N» saylı hərbi-hissənin tərkibində pulemyotçu vəzifəsində 27.09.2020-ci ill tarixdən 10.11.2020-ci il tarixədək Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Əsgər-Əzizov Elkin Əliqulu oğlu «N»saylı hərbi-hissədə sürücü vəzifəsində Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak edib.Xocavəndin azad olunmasına görə medal ilə təltif olunub.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.