Xocalı faciəsi-Qan yaddaşımız!

  • Post author:
  • Post category:Xəbərlər

Qəddarlığı,amansızlığı ilə bəşər tarixinə qanlı iz salmış Xocalı faciəsindən bizi 30 il ayırır.
Hər il Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi «Ankara məktəbi» məktəb-liseydə də Xocalı faciəsinə aid anım tədbirləri keçirilir. 6q sinfinin şagirdləri də tariximizi çox sevir,şanlı qələbə tariximizlə bərabər xalqımızın müstəqilliyi uğrunda mətinliklə keçdiyi ağrı-acılı günləri də qeyd edir.Şagirdlər Xocalı faciəsinin baş verdiyi tarixdən tutmuş bütün bu faciənin ağrı-acılı təfərrüatları haqqında slaydlar,videoçarxlar,bu hadisənin ağırlığını hiss etdirən şeirlər ilə Xocalı faciəsinə həsr etdiyimiz xüsusi dərsdə öz çıxışlarını etdilər.
Xüsusi dərs Xocalı faciəsinin qurbanlarının bir dəqiqəlik sükutala yad edilməsi ilə başlanıldı.Sonra 6q sinif şagirdləri Qəhrəmanova Mədinə və Bağırov Müstəcəb Xocalı faciəsi haqqında məlumat verib,şeirlə çıxışlarını davam etdirdilər.Musalı Əsmər Xocalı şahidlərinin canlı şahidlərinin çıxışlarından ibarət videoçarx təqdim etdi,Həsənli Xədicə slaydlarda Xocalı həqiqətlərini əks etdirən fotoşəkilləri nümayiş etdi.Gözəl əl qabiliyyəti ilə seçilən İsrafilov Hüseyn Xocalıya həsr edilmiş rəsmini təqdim etdi.Sinfin digər fəal şagirdləri də Xocalı haqqında şeirlərini söylədilər.
Sonda Azərbaycanın rəşadətli ordusu və Müzəffər Ali Baş Komandanimizın rəhbərliyi altında 44 günlük Zəfərlə nəticələnən Azərbaycanın parlaq qələbəsinin qazanılması ilə və ərazi bütövlüyünü bərpa etməsilə Azərbaycan xalqı öz yenilməzliyini sübut etdi və Xocalının günahsız qurbanlarının qanı yerdə qalmadı,onların intiqamı rəşadətli ordumuz tərəfindən alındı.Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq!