«Xocalı qan yaddaşımız» 

  • Post author:
  • Post category:Xəbərlər

26.02.2022-ci il tarixində «Ankara məktəbi» məktəb-liseydə «Xocalı qan yaddaşımız»adlı tədbir keçirildi.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhəri işğala məruzə qalmış,etnik azərbaycanlılara qarşı soyqırım törədilmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın,70-i qoca və qarı olmaqla,613 Xocalı sakini qətlə yetirilib,8 ailə tamamilə məhv edilib 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən yaralanıb.1275 nəfər əsir götürülüb.Əsir götürülən əsirdən 150 nəfərinin,o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Şagirdlər Xocalı soyqırımına həsr etdikləri səhnəciklər,vətənə həsr olunmuş şeirlər,mahnılar ifa etdilər.Tədbir «Xocalı-qanlı irsimiz , Zəfər-şanlı izimizdir şüarı ilə yekunlaşdı.