Xocalı Soyqırımının 30-cu il dönümü  

  • Post author:
  • Post category:Xəbərlər

26.02.2022-ci il «Ankara məktəbi» məktəb-liseydə Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar. 8b sinfində xüsusi dərs keçirildi.
Öncə Xocalı Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 8b sinfinin şagirdləri Hüseynli Dinar, Şahbazova Ləman,Mehdiyeva Zərifə,Əmircanlı Alsu,Məmmədov Nihad və İsgəndərli Fidan Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi haqqında ətraflı məlumat verdilər.Əliyeva Fatimə «Xocalı»,Hüseynova Nəzrin «Ölü torpaqlara məzar qazılmır» şeirlərini ifa etdilər. 8b sinfinin şagirdi Abdullayev Nihad Azərbaycanın Milli Qəhrəmanı,Xocalı şəhərinin müdafiəsi uğrunda həlak olmuş Əlif Hacıyevla bağlı referat hazırladı.Şgirdlərə onun həyatı,erməni millətçilərinə qarşı mübarizəsi,torpağına sonsuz məhəbbəti haqqında ətraflı məlumat verildi.