Əyləncəli Fizika.

  • Post author:
  • Post category:Xəbərlər

Martın 11-də məktəb-liseyin müəllim və şagird kollektivi «Əyləncəli fizika» adlı tədbirdə iştirak etdi. Tədbirdə ecazkar fizika fənninin müasir həyatda nə qədər mühüm rol oynadığı xüsusi qeyd olunaraq, şagirdlərə elmin, savadın onların gələcəyi üçün əhəmiyyətli olduğu bir daha nəzərlərini çatdırıldı. Tədbirdə maraqlı oyunlar, səhnəciklər nümayiş etdirildi. Məktəb-liseyin hər iki bölməsi üzrə bilik yarışması keçirildi. Azərbaycan bölməsində 6-cı sinif şagirdləri 2 komanda-«Elm» və «Təbiət» komandaları yarışdılar, qalib «Elm» komandası oldu. Rus sektoru üzrə yenə 6-cı sinif şagirdlərindən ibarət «Между звёздами» və «Сказочная вселенная» komandalarından isə «Между звёздами» komandası qalib oldu. Bundan əlavə 6-cı sinif şagirdləri arasında divar qəzeti yarışması keçirildi. Hər iki yarışmada qaliblərə rəhbərlik tərəfindən Diplomlar verildi. Tədbir həm müəllim, həm də şagird-valideyn kollektivi tərəfindən çox bəyənildi.