BİZİM BÖYÜK QƏLƏBƏMİZ!

  • Post author:
  • Post category:Xəbərlər

«Ankara məktəbi» məktəb-liseydə «Bizim böyük Qələbəmiz»kitabının şagirdlərə təqdim edilməsi üçün tədbir keçirildi.Tədbirdə müəllim və şagirdlər, Milli Qəhrəmanlar İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədov və qazilər Hüseyov Hüseyn,Samir Hüseynov iştirak etdilər.
Azərbaycan dili və ədəbiyyat metod birləşməsinin sədri Nailə Mehdiyeva kitab barədə məlumat verərək bildirdi ki, «Bizim böyük Qələbəmiz» kitabı azyaşlılar üçün nəzərdə tutulmüşdur.Tarix müəllimi svetlana Muradova kitabın şagirdlərin 44 günlük müharibə haqqında daha dərin məlumatlı olmalarında böyük əhəmiyyət kəsb etməsindən danışdı.Müharibədə iştirak etmiş qazilər döyüşdükləri ərazilər,ordumuzun göstərdiyi qəhrəmanlıqlar,Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və xalqın onun ətrafında dəmir yumruq kimi birləşməsindən danışdılar.Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.