Yol hərəkəti qaydaları

  • Post author:
  • Post category:Xəbərlər

«Ankara məktəbi» məktəb-liseyin 3″Ç» sinfində sinif təşkilat saatlarının keçirilməsi şagirdlərdə böyük marağa səbəb olur.Hər dəfə müxtəlif mövzular üzrə təşkil olunan sinif saatlarinda şagirdlərə,mövzudan asılı olaraq vətənpərvərlik,çəhidlərimizi tanıtmaq,dürüstlük,əlamətdar günlər,təbiəti qorumaq və s. haqqında geniş məlumatlar verilir.Növbəti sinif saatımız hər zaman aktual olan yol hərəkəti qaydalarına həsr olunmuşdur.3″Ç» sinif şagirdləri bu mövzuya xüsusi hazırlaşaraq,səhnəciklər,dialoqlar hazırlayaraq sinif saatına rəng qatdılar.Yol polislərinin maşın yolunda oynayan uşaqlarla söhbəti,avtobus və digər nəqliyyat vasitələrindən minib-düşmə qaydaları,piyada zolağından,keçidlərdən istifadənin vacibliyi haqqında səhnəciklər göstərdilər.
Dərsi maraqlı və rəngarəng edən amillərdən biri də sinif rəhbəri Hörmət Mürşüdovanın təklifi ilə yol hərəkəti qaydalarına aid nişanların,şagirdlərin özləri tərəfindən hazırlanması oldu.Yaradıcılıq qabiliyyətlərinin də nümayiş olunduğu dərs şagirdlərin ürəyincə oldu.
Sonda dərsi təşkil edən Hörmət müəllimə maraqlı dərs üçün öz şagirdlərinə təşəkkür etdi ,rollarını məharətlə ifa edən şagirdləri rəğbətləndirdi.