Elimizə bahar gəlir!

  • Post author:
  • Post category:Xəbərlər

“Ankara məktəbi” məktəb-liseyin 3ç sinif şagirdləri bu həftə Təsviri incəsənət dərsini xüsusi həvəslə gözləyirdilər.Bayram həftəsi ilə əlaqədar şagirdlər müxtəlif boyalardan və rəngli karandaşlardan istifadə edərək Novruza aid rəsmlər çəkmişlər.”Bayram yumurtalarının boyanması”, “Çiçək açmış ağaclar”, “Yazda təbiət ”, “Quşların ölkəmizə gəlməsi” və s.başlıqlar altında boyanan rəsmlər dərsə əsl bayram abu-havası ,bahar təravəti gətirdi.Əsas və qarışıq rənglərin ahəngi rəsmləri daha canlı göstərirdi.Dərsin sonunda mövzuya uyğun düzgün rəng çalarları seçən ,səliqəli işləyən şagirdlər qiymətləndirildi.