İstedadlı şagirdimiz

  • Post author:
  • Post category:Xəbərlər

02.04.22-03.04.22-ci il tarixində İntellektual həftə çərçivəsində 4-11-ci siniflər arasında Olimpiada təşkil olundu.»Olimpiada» beynəlxalq bir olimpiada olub,dünyanın bir çox inkişaf etmiş ölkələrində həyata keçirilir.Olimpiadada şagirdlər iqtisadiyyat,mədəniyyət,ədəbiyyat,texnologiya və sosial sahələri əhatə edən sualları cavablandırdılar.Olimpiada 2 mərhələdən ibarətdir: «local» və «global» hissələrdən.
Olimpiadada bir çox məktəblərdən gələn 187 şagird iştirak edirdi.Onların arasında «Ankara məktəbi» məktəb-liseyin 4f sinif şagirdi Allahverdiyeva İradə Fərman qızı qızıl medal qazanaraq İngiltərədə Cambridge,Amerikada Boston,Niderlandda Rotterdam şəhərlərində keçiriləcək Global mərhələsinə keçid qazandı.Beynəlxalq Olimpiadanın təqdimatçısı Maximilian Karl Eggeling keçirilən yarışmada Allahverdiyeva İradəni 9-11 yaşlılar arasında «Ən yaxşı fərd» (Best İndividual) nominasiyasında 1-ci yerə layiq gördü.