Heydər Əliyev və Qarabağ.

  • Post author:
  • Post category:Xəbərlər

08 aprel 2022-ci il tarixində Nərimanov Rayon MKS-nin Mərkəzi Kitabxanasında Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə «İdeoloji maarifləndirmə konsepsiyası» çərçivəsində «Heydər Əliyevin siyasi irsi milli ideologiyanın inkişafına xidmət edir» mövzusunda tədbir keçirildi.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Məmmədli, Ekologiya liseyinin direktoru Arif Əsədov, Pişəvəri adına Respublika Humanitar gimnaziyasının direktoru İlqar Talıbov, Nərimanov rayon MKS-nin əməkdaşları, «Ankara» liseyinin, 39 və 275 saylı tam orta məktəblərin müəllim və şagirdləri iştirak etdilər.
İlk öncə vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Təranə Məmmədova qonaqları salamlayaraq Ulu öndər Heydər Əliyevin xalqımızı bir yumruq kimi dövlətin ətrafında birləşdirmiş azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərə — dilimizə, dinimizə və adət-ənənələrimzə sadiqlik ideaları haqqında ətraflı məlumat verdi.
Daha sonra çıxış edən tədbirin qonaqları A.Əsədov və İ.Talıbov dövlətimizin inkişafında misilsiz xidmətlər göstərmiş Ümummilli lider Heydər Əliyevin zəngin, çoxşaxəli və nümunəvi fəaliyyəti haqqında məlumat verib, Ulu öndərin siyasi fəaliyyətinin öyrənilməsinin və təbliğinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırdılar.
Tədbir zamanı kitabxanın əməkdaşı A.Əsgərova Ağdaban faciəsi, G.Süleymanova Hərbi Qənimətlər parkı haqqında məlumat verdilər, mövzularla bağlı videoçarxlar təqdim edildi, 39 saylı tam orta məktəbin şagirdləri və 275 saylı tam orta məktəbin şagirdi K.Abbasova vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Həmçinin, Ankara liseyinin 10ç sinif şagirdi S. Qəhrəmanova tərəfindən hazırlanmış «Heydər Əliyev — Qarabağ» adlı videoçarx təqdim edildi.
Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi O.Məmmədli tədbirin təşkili üçün Nərimanov Rayon MKS-nin rəhbər və kollektivinə təşəkkürünü bildirdi, Nərimanov rayon MKS-nin direktor müavini S.Aslanova qonaqlara kitab hədiyyə etdi.