İstedadlı şagirdlərimiz

  • Post author:
  • Post category:Xəbərlər

10 aprel 2022-ci il tarixində «STEMART» Stem akademiyası, Təhsil Nazirliyinin dəstəyi ilə «ROBOFEST» robototexnika festivalı keçirilmişdir. «Ankara məktəbi» məktəb — liseyin şagirdləri 3 komandayla məktəb-liseyi bu festivalda uğurla təmsil ediblər. Məktəb-liseyin müəllimi Mirzoyeva İmamir 8d və 4d sinif şagirdləri ilə məktəbdə dərsdənkənar məşqələlərdə robototexnikanı tədris edərək ROBOFESTƏ iki kateqoriyada yarışmışlar. 8d sinif şagirdlərindən ibarət olan» Simurq» komandası» Lego Sumo Seniyor» kateqoriyasında II yerə layiq görülüblər. 4 d sinif şagirdlərindən ibarət olan iki komanda isə «Line Follower» kateqoriyasında uğurla çıxış ediblər. 8d sinif şagirdlərimiz Mirzəyev Şəhriyar və Muradov Muradla fəxr edirik. 4d sinif şagirdləri:Əlizadə Yusif, Namazov Xaqan, Babazadə Ayxan və Əlizadə Nəzrinə gələcəkdə məktəbimizin adını böyük turnirlərdə, olimpiadalarda zirvələrə qaldırmağı arzu edirik.