Şuşa-Qarabağın tacı

  • Post author:
  • Post category:Xəbərlər


25.04.2022-ci ildə «Ankara məktəbi» məktəb-liseyi 9ç sinfində «Şuşa ili»-nə həsr olunmuş xüsusi dərs keçirildi.Dərsdə Ofçuyeva Nilufərin hazırladığı elektron təqdimat nümayiş etdirildi.Təqdimatda Şuşanın Qarabağ xanlığı dövründə paytaxt seçilməsi,Azərbaycan tarixində müstəsna rolu,1992-ci ilin 8 mayda işğalı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuz tərəfindən azad olunması haqqında məlumat verildi.9ç sinfinin şagirdi Kərimli Ayişə şəhidlər haqqında şeir səsləndirdi.Alırzayev Hüseyn Qarabağ xanlığı haqqında ətraflı məlumat verdi,Həsənov İbrahim isə «Qarabağnamə» əsərindən Şuşanın necə paytaxt seçilməsi ilə bağlı maraqlı faktları şagirdlərə çatdırdı.Talıblı İsmayıl 1992-ci ildə Azərbaycan Ordusunun Şuşanın mühasirədən çıxarılması ilə bağlı ilk hərbi əməliyyatın uğursuzluğunun səbəblərini ətraflı açıqladı. 2020-ci il 8 noyabrda Şuşanın azad olunması — Müzəffər Ordumuzun hərb tarixində ən parlaq qələbəsi Məmmədova Zəhra tərəfindən təhlil olundu.