“Zəfərimizin tacı-Şuşa “ 

  • Post author:
  • Post category:Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili  “ Şuşa ili “ elan etməsi ilə əlaqədar “Ankara məkəbi “ məktəb-liseyində “Zəfərimizin tacı – Şuşa “ adlı xüsusi dərs keçirilmişdir.Dərsdə 7a sinif şagirdləri iştirak etmişdilər.Səttarzadə Aliyə Şuşa şəhərinin xanlıq mərkəzi olaraq yaranması tarixini, Nəcəfova Məryəm Şuşanın işğalı haqqında, Bağırova Səriyyə isə Şuşanın azad olunması Böyük Zəfərimiz haqqında təqdimat və çıxışlar,Alıyev Riyad isə Şuşa,gözün aydın biz qayıtmışıq ! şeirini təqdim etdi.Dərsdə Şuşada baş tutan “Xarıbülbül” festivalı,Vaqif Poeziya günləri və Dünya Azərbaycanlılarının V-Zəfər qurultayı haqqında məlumatlar da təqdim edildi.Dərs İlham Əliyevin Şuşanın azad olunması xəbərini Azərbaycan xalqına çatdırması ilə yekunlaşdırıldı.