“ Tariximizin 270 illik  şah əsəri – Şuşa” 

  • Post author:
  • Post category:Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev in 2022 ci ili “ Şuşa ili” elan etməsilə  “Ankara məktəbi” məktəb-liseyində

29 aprel  2022 ci ildə 8a sinfində

“ Tariximizin 270 illik  şah əsəri – Şuşa”  adlı xüsusi dərs keçirildi. Əvvəlcə Qarabağda şəhid olmuş bütün şəhidlərin xatirəsi 

1 dəqiqəlik sükutla yad edildi. 44 günlük müharibənin xronologiyası haqqında məlumat verildi. 

“Şuşa Azərbaycandır! adlı krosvord Şuşanın  tarixini, coğrafiyasını,gəzməli – görməli yerlərini,tanınmış insanları və təbiətini əhatə etdi.

Həsənova Sonaxanım “Şuşa qalası” , Əliyev Səid “Cıdır düzü”,Əhmədzadə Adəm Topxana meşəsi,Musayeva Xuraman “Çətir şəlaləsi”, Muradlı Xədicə  “Xarı Bülbül” haqqında maraqlı məlumat verdilər.Hüseynzadə İnci və Şirinova Ləman “Şuşa Zəfəri” şeirini səsləndirdilər.

Dərsimizin “Mən kiməm” adlı Rubrikasında isə Abdullayev Rəvan Pənahəli xan,Muradlı Xədicə Barat Şəkinskayanı,İsgəndərli Səma isə Xurşid Banu Natəvanı canlandırdı. Şagirdlər Xan qızı Xurşid Banu Natəvanın Fransız yazıçısı Aleksandr Düma ilə görüşünüsəhnələşdirdi. Sonda Şagirdlərin aşağıda verilmiş fikirləri tamamlamasıyla dərs yekunlaşdı.

Daha çox xoşuma gəldi…..

Mövzunun mənim üçün əhəmiyyəti….

Əgər Şuşaya getsəydim ilk haranı gəzərdim?