“Nağıllar aləminə səyahət “ 

  • Post author:
  • Post category:Xəbərlər

29 aprel 2022-ci il tarixində  “Ankara məktəbi” məktəb-liseyin ibtidai sinifləri üçün “Nağıllar aləminə səyahət “  adlı tedbir keçirildi.“Nağıllar aləminə səyahət “ tədbirinin əsas məqsədi,uşaqlara nağılların onların həyatında böyük rol oynadığını əks edir.Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi,səbirli olanların mütləq məqsədlərinə çatdıqları,edilən yaxşılıqların qarşılıqsız qalmayacağı , zəkanın çox zaman bədən gücündən üstün olduğu,sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.