Uşaq hüquqlarının qorunması

  • Post author:
  • Post category:Xəbərlər

«Ankara məktəbi» məktəb-liseydə «Uşaq hüquqları aylığı» çərçivəsində dəyirmi masa keçirildi. Dəyirmi masa «Uşaq hüquqlarının qorunması» mövzusuna həsr olunmuşdu. Qarşılıqlı fikir mübadiləsində şagirdlər mövzu ətrafında öz şəxsi mülahizələrini söylədilər, təkliflər irəli sürdülər.Belə tədbirlərin keçirilməsi şagirdlərin sərbəst fikir yürütmə qabiliyyətinin inkişafına zəmin yaradır.