İstedadlı şagirdimiz

  • Post author:
  • Post category:Xəbərlər

İmtahanlar istedadınızı və qətiyyətinizi nümayiş etdirmək üçün mükəmməl fürsətdir.İmtahan təkcə akademik biliklərinizin yoxlanışı deyil, həm də sizin sabitliyinizin və cəsarətinizin sınağıdır. ”Ankara məktəbi” məktəb-liseyin 6Ç sinif şagirdi Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasında (SASMO ) qalib olaraq gümüş medal qazanmışdı.Dünya üzrə 34 mindən çox iştirakı ilə yanaşı 1263 azərbaycanlı şagird arasında İsmayılov Raqif Amid oğlu gümüş medala layiq görülmüşdür.Qeyd edək ki,İsmayılov Raqif Amid oğlu “Ankara məktəbi” məktəb-liseyin 6-cı sinifləri arasında keçirilən Məntiq və Riyaziyyat Olimpiadasının qalib komandasının üzvləri idi.Uğur bir səfərdir.Bu səfərdə sənə uğurlar arzu edirik.