21 Fevral-Beynəlxalq Ana dili günü

20200221_121841

21 Fevral Beynəlxalq Ana dili günüdür. Biz xoşbəxt millətik ki, öz ana dilimizdə yazırıq, oxuyuruq. Bizim məqsədimiz dilimizi sevmək və sevdirməkdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq Ana dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

21.02.2020-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseydə Beynəlxalq Ana Dili Günü keçirildi.

Blog Attachment