“Ana harayı” abidəsinə ziyarət

“Ankara məktəbi”məktəb-liseyin  şagirdləri “Xocalı soyqırımı”nın 26-cı ildönümü münasibətilə Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət etmişlər.Abidə   qarşısında toplaşan şagirdlər,valideynlər və liseyin ədəbiyyat müəllimi Ruhəngiz  Muradxanlı “ Xocalı faciəsi” qurbanlarının,eləcə də xalqımızın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna  hörmət və ehtiram rəmzi olaraq onların əziz xatirəsini 1 dəqiqə sükutla yad etmişlər. Abidə qarşısında çıxışlar olmuş,şagirdlər və valideynlər,ədəbiyyat müəllimi  Ruhəngiz Muradxanlı “Xocalı faciəsi”haqqında öz mülahizələrini bildirmiş,bu faciənin bəşər tarixində insanlığa yaraşmayan,insanlığa utanc gətirən bir hadisə olduğunu vurğulamışlar.Sonra tədbir iştirakçıları əllərindəki  tər çiçəkləri və əklili abidə önünə qoyaraq bir  daha şəhid olmuş və qurban getmiş həmvətənlərimizin xatirəsinə böyük hörmət və ehtiram hisslərini ifadə etmişlər.

Allah bütün şəhidlərimizə və faciə qurbanlarına rəhmət eləsin!

 

 

Blog Attachment