“FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı

IMG-20180516-WA0014

Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib.

“Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya – əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb.   Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri  qaldırıb və onların həlli  yollarını araşdırmağa cəhd ediblər.

“Ankara məktəbi” məktəb-liseyin “Atlantida” komandası Lahiyə nominasiyası üzrə qalib gələrək I yerə layiq görüldülər.

 

Blog Attachment