Azərbaycan Xalq Cümhuriyyəti

- Posted by ankaramektebiadmin
- Posted in Xəbərlər
“Ankara məktəbi” məktəb-liseydə 23.05.2018-ci il tarixində “Azərbaycan Xalq Cümhuriyyətinin siyasəti doğrudur” mövzusunda debat keçirilmişdir. Debat məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin bir hissəsidir. Debatın keçirilməsinin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. 10b sinif şagirdləri arasında ətraflı və konkret faktlardan istifadə edərək maraqlı debat alındı. Birinci yerə İbrahimova Aysel,Paşayeva Gülşən,Şükürlü Fərid layiq görüldülər.