31 mart azərbaycanlıların soyqırımı günü

- Posted by ankaramektebiadmin
- Posted in Xəbərlər
Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 100 il əvvəl — 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.
30 mart 2018-ci il tarixində “Ankara məktəbi” məktəb-liseydə “31 mart azərbaycanlıların soyqırımı günü” qeyd edildi.