Ağ ölümə yox deyək!

08.02.2017-ci il tarixdə “Ankara məktəbi” məktəb-liseydə IX-XI sinif şagirdləri ilə “Ağ ölümə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Şagirdlərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.