“Ağa Məhəmməd Şah Qacar”Yaradıcı heyətlə görüş

Bildiyimiz kimi. 27 noyabr 2015-ci il tarixində Akademik Milli Dram Teatrının səhnəsində yazıçı Əli Əmirlinin “Şah Qacar” tamaşası nümayiş etdirildi. “Ankara məktəbi” məktəb-liseyin müəllim və şagirdləri də həmin tamaşaya baxdılar. Dekabr ayı mütaliə aylığı olduğu üçün dekabrın 16-da tamaşanın yaradıcı heyəti ilə görüş keçirildi. Tədbirdə yazıçı – dramaturq Əli Əmirli,aktyorlardan Laləzar Mustafayeva, Elşən Rüstəmov, Ayşad Məmmədov, məktəb-liseyin müəllim və şagirdləri,Təhsil Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev iştirak etdilər. Görüş zamanı yazıçı Əli Əmirli, aktyorlar öz ürək sözlərini söylədilər. VIII sinif şagirdi Quliyev Yasinin mövzu ilə bağlı hazırladığı təqdimat tədbiri daha maraqlı etdi. Şagirdlərdən Əliyev Fərid, Həsənli Həsən, Məmmədzadə Şəms tərəfindən göstərilən səhnəcik də yaddaqalan oldu.Tədbir məktəbin dil və ədəbiyyat müəllimi Arabskaya Aida tərəfindən hazırlanmışdır.