“Astronomiya Günü” – qlobal layihə

depositphotos_62628455-stock-illustration-space-background-with-telescope

Noyabrın 12-dən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə astronomiya günü” qlobal layihəsinə başlanılıb. Layihəyə əsasən, Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində rəsədxananın alim və mütəxəssisləri tərəfindən şagirdlər üçün astroseminarlar təşkil ediləcək.

13.11.2019-cu il tarixdə “Ankara məktəbi” məktəb-liseydə EKO klubun üzvləri üçün təşkil edilən seminarda Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Tağıyeva Nərgiz və Səmədov Cənnət çıxış etdilər.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ŞAR, Şamaxı Rayon Təhsil Şöbəsi və Tusi -Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi məktəbliləri ən qədim elm sahələrindən biri olan astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.

Blog Attachment