Avropa çempionatı – 17

Aprel ayının 18-də “Ankara məktəbi” məktəb-liseydə AFFA-nın nümayəndə heyəti qonaq olmuşdur. Nümayəndə heyəti bu il may ayının 5-də Azərbaycanda keçiriləcək 17 yaşlılar arasında Avropa çempionatı haqqında məlumat verdilər.Azərbaycandakı fan klublar,futbol klubları,stadionları və yarışların keçiriləcəyi Olimpiya stadionu haqqında şagirdlərimizi məlumatlandırdılar. Avropa çempionatında 17 yaşlılar arasında Milli yığma komandamız qrupunda Portuqaliya,Belçika,Şotlandiya komandaları ilə mübarizə aparacaq. Oyunlar may ayının 5-də başlayın 28-də bitəcək. Sonra isə şagirdlərimizə futbola aid müxtəlif suallar ünvanlandı. Suallara düzgün cavab verən şagirdlərə hədiyyələr təqdim edildi.