Azərbaycan gəncləri narkotik əleyhinə

- Posted by ankara-lisey@mail.ru
- Posted in Xəbərlər
Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon məktəbliləri arasında 25.10.2019 – cu il tarixdə keçirilmiş inşa – yazı müsabiqəsində fərqləndiyinə görə “Ankara məktəbi” məktəb – liseyin IX sinif şagirdi Aydan Əhmədzadə “Fəxri Fərman” la təltif olunub.