Azərbaycan Respublikasının Konstitusiyası Günü

1573536040_untitled-1

        Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – Azərbaycan Respublikasının Konstitusiyasının  qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

        Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158(164) maddədən ibarətdir.

        Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009 -cu ildə referendum yolu ilə edilib.

   1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

12 noyabr 2019 – cu il tarixdə “Ankara məktəbi” məktəb-liseydə Azərbaycan Respublikasının Konstitusiya günü qeyd edildi. Tədbirdə şagirdlər konstitusiyaya dair şeir, rəqs, mahnı ifa etdilər.

Blog Attachment